18 İyul 2018 13:38
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən ordusu və Ənsərullah qruplaşmasına bağlı qüvvələr İŞİD və Ən-Nüsra terror təşkilatlarına qarşı əməliyyatlara başlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, gözlənilməz hücum nəticəcində terror təşkilatlarının Əl-Bəyza bölgəsində - Nufan dağındakı mövqeləri ələ keçirilib.

İŞİD və Ən-Nüsranın nəzarətində olan bölgədəki digər məntəqələr də azad edilib.

Qeyd edək ki, Yəmən ordusu və Ənsərullah keçən həftə terror təşkilatlarının Reda və Əl-Vaziyyə bölgəsindəki məntəqələrini də nəzarət altına alıb.


Müəllif: Mənsur Rəğbətoğlu