18 İyul 2018 16:00
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyadan qayıdan ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuatın qarşısına çıxıb.

Teleqraf.com xəbər verir ki, prezident çıxış edən zaman işıqlar sönüb. İşıqların sönmə anı ilə onun “kəşfiyyat xidmətlərinə tam güvənirəm” deməyi ilə üst-üstə düşüb. Bu isə hər kəsin diqqətini çəkib.

Qeyd edək ki, Trampın Putinlə keçirdiyi görüşdən sonra ölkəsində ona qarşı etirazlar artıb.

“Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini qəbul etmədi” ifadələri ilə hədəfə alınan ABŞ prezidenti “sözlərim səhv başa düşüldü” deməklə vəziyyətdən çıxmağa çalışıb.


Müəllif: Ruslan