İsrail və Səudiyyə Ərəbistanı arasında 2002-ci ildən – “Ərəb Sülh Planı”nın elan edildiyi vaxtdan gizli əlaqələr qurulub.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə İsraildə nəşr olunan “Israel Hayom” qəzeti çıxış edib.
Qəzetdə dərc edilən məqalənin müəllifi, politoloq Eddi Kohen qeyri-rəsmi münasibətlərdə əsas hədəfin İranın nüvə proqramı olduğunu yazır:
“Qətər böhranından sonra ikili bloklaşmanın yeni plan üzərində işləməsinə cavab olaraq İran, Qətər, Türkiyə və Sudan yeni blokda birləşdilər. Misir, BƏƏ, ABŞ, Bəhreyn və Misir İsrail – Səudiyyə blokuna dəstək verdi. Regional bloklaşmanın əsas səbəbi, Səudiyyə Ərəbistanının Qətəri işğal etmək niyyəti idi”.