"Rusiya ilə işlər çox yaxşı gedir. İndiyə qədər kimsənin etmədiyi qədər. Heç bir prezident Rusiyaya qarşı mənim qədər mübarizə aparmadı".
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, Rusiya ABŞ-ı hədəf almayıb.
Qeyd edək ki, Tramp ilə Putin arasında Finlandiyanın paytaxtı Helsinkidə keçirilən görüşdən sonra ABŞ prezidenti konqres və mediada sərt təpkilərə məruz qalıb.
Təpkilərdən sonra Tramp Helsinkidəki tribunada "Rusiyanın seçkilərə müdaxilə etməsinə inanmıram" sözlərinin yanlış anlaşıldığını bildirib.
"İfadəmin izaha ehtiyacı var. "Nədən Rusiya olduğunu düşünüm" ifadəsi əslində "Nədən Rusiya olduğunu düşünməyim" kimi qəbul edilməlidir. Təhlükəsizlik orqanların Rusiyanın seçkilərə müdaxilə etməsinə dair hesabatlarına inanıram. Amma bu müdaxilə seçkilərin nəticələrinə təsir göstərməyib".