19 İyul 2018 07:35
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin nümayəndəsi Sarah Sanders ABŞ prezidenti Donald Trampın Rusiya haqqında işlətdiyi daha bir sözü təkzib edib.

Teleqraf.com xəbər verir ki, ötən gün Tramp jurnalistin "Rusiya ABŞ-ı hədəf almaqda davam edirmi" sualına "xeyr" deyə cavab vermişdi. Sarah Sandersə görə, Tramp "xeyr"i suala cavab vermək istəmədiyi üçün işlədib: "Trampın niyyəti səhv başa düşülüb".

Qeyd edək ki, Tramp bundan öncə Putinlə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən görüşdə "Rusiyanın seçkilərə müdaxilə etməsinə inanmıram" sözlərinin yanlış anlaşıldığını bildirib.

"İfadəmin izaha ehtiyacı var. "Nədən Rusiya olduğunu düşünüm" ifadəsi əslində "Nədən Rusiya olduğunu düşünməyim" kimi qəbul edilməlidir. Təhlükəsizlik orqanların Rusiyanın seçkilərə müdaxilə etməsinə dair hesabatlarına inanıram. Amma bu müdaxilə seçkilərin nəticələrinə təsir göstərməyib".


Müəllif: Ruslan

Oxşar xəbərlər