Hindistanda ötən aydan başlayaraq, davam edən musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın Mərkəzi Su Komissiyası (CWC) açıqlama yayıb.
İyunun 1-dən başlayan və ölkəni təsiri altına alan musson yağışları indiyə qədər 511 nəfərin ölümü, 176 nəfərin xəsarət alması ilə nəticələnib.
Təbii fəlakətin 55 min evə zərər vurduğu, 1 milyondan artıq heyvanı tələf etdiyi açıqlanıb.
Qeyd edək ki, bu, Hindistanda son 64 ilin ən şiddətli yağışı hesab olunur.