BMT baş katibi Antonio Quterreş dünən Nyu Yorkda Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının hazırki mərhələsini müzakirə ediblər. Zoqrab Mnasakanyan deyib ki, Qarabağın statusu və təhlükəsizliyi erməni tərəfi üçün prioritetdir.
Həmçinin ikitərəfli əlaqələr və Ermənistanda keçiriləcək parlament seçkiləri ətrafında da fikir mübadiləsi aparılıb.