19 İyul 2018 17:12
2 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Apellyasiya Məhkəməsi Güney Azərbaycandan olan milli fəal Dr. Seyid Camal Musəvinəjad barəsində çıxarılan 1 illik həbs qərarını qüvvədə saxlayıb.

Teleqraf.com xəbər verir ki, Sərab şəhərindən olan fəal sosial şəbəkədə (Teleqram) İran hakimiyyəti əleyhinə təbliğat aparmaqda ittiham edilir.

İrəli sürülmüş ittiham əsasında Camal Musəvinəjad 1 il azadlıqdan məhrum edilib. Bundan sonra o, Apellyasiya Məhkəməsinə müraciət etsə də, qərar dəyişməyib.

İranın təhlükəsizlik orqanlarının əməkdaşları milli fəalın Sərab şəhərindəki evinə basqın edərək, axtarış aparıb. Seyid Camala məxsus mobil telefon, kompyüter, kitab və əlyazmaları götürüblər. Bundan sonra fəal bir neçə dəfə ETTELAAT-ın Sərab idarəsinə çağırılıb.

O, İran hakimiyyəti əleyhinə təbliğat aparmaqda, dini rəhbərləri və müqəddəs dəyərləri təhqir etməkdə günahlandırılıb. Lakin Seyid Camal irəli sürülən ittihamlardan bəraət alsa da, məhkəmənin qərarı ilə 1 il azalıqdan məhrum edilib.

Məhkəmə onu Teleqram hesabında 1945-ci ildə qurulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri haqda məlumat yaymasını və kompüterində Azərbaycan bayrağını öpdüyü yerdə çəkdirdiyi şəkili dəlil kimi göstərərək fəalı hakimiyyət əleyhinə təbliğatda ittiham edib.

Seyid Camal Musəvinəjadın məhkəmədə verdiyi ifadəyə görə o, istintaq vaxtı təzyiq və təhqirlərə məruz qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər