Çinin cənubunda tüğyan edən leysan yağışlar və daşqınlar nəticəsində azı 27 nəfər ölüb, 84 min nəfər isə təbii fəlakət zonasından təxliyə edilib.
18 nəfər Quyçou əyalətində, 7 nəfər – Tszyansi və 2 nəfər isə Futszyan əyalətində ölüb.
Avqustun 10-dan 14-dək Çinin cənubunda yerləşən 7 rayona yağan leysan yağışlar nəticəsində, ümumilikdə, 770 min nəfər zərər çəkib. Tək Quyçou əyalətində 379 min insana ziyan dəyib, 2 mindən çox ev uçub, 4500 hektar əkin sahələri su altında qalıb.
/APA/