Ermənistan keçmiş prezidenti Robret Köçəryanın istintaqa ifadəsi kameraya alınacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi Təftiş Xidmətinin rəisi Sasun Xaçaturyan açıqlama verib.
O, Köçəryanın iyulun 26-da dindiriləcəyini bildirib:
“Ayın 26-da istintaqın qarşısına çıxmağa hazır olmalıdır. Çox güman ki, onun ifadəsi kameraya alınacaq. Bunun cəmiyyətə açıqlanması isə istintaqı aparacaq orqanın qərarından asılıdır”.
Qeyd edək ki, Robert Köçəryan 2008-ci ildə İrəvanda keçirilmiş mitinqlərdə insanlara atəş açmaq əmri verməkdə ittiham edilir.
Ermənistanda nəşr olunan “Jamanak” qəzeti ittihamın öz təsdiqini tapacağı halda, hazırda Rusiyada olan keçmiş prezidentin iyulun 26-da həbs ediləcəyini istisna etməyib. Qəzet bununla bağlı istintaq komissiyasının bir sıra faktlar əldə etdiyini və Köçəryanın Ermənistana qayıtmasını gözlədiklərini bildirib.
“Jamanak” 26 iyul dindirilməsini “Köçəryanın həbsinə hazırlıq” adlandırıb.