Ermənistan parlamenti sədrinin müavini Mikael Melkumyan Slovakiyadan olan iş adamları ilə görüşüb.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, görüş İrəvanda baş tutub.
İkitərəfli iqtisadi əlaqələrin müzakirə olunduğu məsələdə Mikael Melkumyan Slovakiyanın Azərbaycana silah satmasına da toxunub:
“Slovakiya İsrailə tank və avtomatik “Dana” raket sistemləri ixrac edir. Hətta, bunun lisenziyalarını qarşı tərəfə verib. Həmin silahlar isə Azərbaycan üçün nəzərdə tutulub. Slovakiya öz silahlarını Azərbaycana İsrail üzərindən satır”.