Rostov vilayətində Rusiyadan Ukraynaya yollanılan mübahisəli humanitar yüklə bağlı uzun müddətdir davam edən danışıqlar sona çatıb.
Bu barədə yerli “5-ci kanal” məlumat yayıb. Məlumata görə, yük karvanı sərhəddə tam yoxlanıldıqdan sonra Ukraynaya buraxılacaq. Razılaşmaya əsasən, karvan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən müşayiət olunacaq.
Hazırda BQXK nümayəndələri onların yol boyu təhlükəsizliyinin təmin olunmasına dair zəmanət verilməsini gözləyir. BQXK nümayəndəsinin bildirdiyinə görə, danışıqlarda Ukrayna və Rusiya sərhəd və gömrük xidmətlərinin nümayəndələri iştirak edib. Humanitar yardımın yola salınacağı konkret vaxt hələlik məlum deyil.
/APA/
V