20 İyul 2018 18:13
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Karaman şəhərində döyməsi olan gənc döyülüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Külhan məhəlləsində baş verib. Barış Aybar (34 yaş) iş yerinin qarşısındakı uşaq parkında oturacaqda oturan zaman 3 nəfər ona yaxınlaşıb. Daha sonra onlar “bədənində niyə döymə var” deyərək, Barışa bıçaqla hücum ediblər. Sol ayağından iki bıçaq zərbəsi alan Aybar qan içində yerə yıxılıb. Ətrafdakı insanların çağırdığı təcili yardımla xəstəxanaya aparılan gəncin vəziyyətinin yaxşı olduğu bildirilir.

Polis şübhəlilərin saxlanılması üçün əməliyyata başlayıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər