21 İyul 2018 10:36
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistana nə qədər yardım ayrıdığımızı nəzərdən keçirdik. Ayırdığımız pulların həcminin zənn etdiyimizdən də, çox olduğunu görəndə təəccübləndik.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Tərəfdaşlıq və İnkişaf Müzakirələri Komissiyasının direktor köməkçisi Katarina Maternova deyib.

Maternova fərqli mexanizmlərlə Paşinyan hakimiyyətə gəldikdən sonra Avropa İttifaqının Ermənistana 1 milyard avro ayırdığını bildirib:

“Əlbəttə, bizim işlərimiz də çətindir, buna görə də ayırdığımız pulların hansı formada xərcləndiyini nəzərdən keçirə bilməmişik. Bu məqsədlə İrəvana gəlmişəm. Lazım olarsa, maliyyə dəstəyini davam etdirə bilərik, amma bu pulların səmərəli xərclənib-xərclənmədiyindən asılıdır. Bu pulları islahatlar üçün ayırmışıq. Əlbəttə, pulların lazımsız istiqamətə xərclənməsi bizi düşündürə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu