21 İyul 2018 23:41
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hal-hazırda ABŞ-ın Nikaraquaya müdaxilə etmək planı yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Amerika Dövlətləri Təşkilatındakı nümayəndəsi, səfir Karlos Truxilo bildirib.

O qeyd edib ki, ABŞ Nikaraquanın demokratiyaya qayıtması üçün mümkün olan hər şeyi edir:

“Bütün variantlara baxılır. Hazırkı variantlar arasında hərbi əməliyyat keçirilməsi planı yoxdur”.

Qeyd edək ki, Nikaraquada artıq 3 aydır anti-hökümət nümayişləri keçirilir. Nümayişlər nəticəsində 350-dən çox insan həlak olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər