Çin Xalq Respublikasının sədri Si Cinpin iyulun 19-dan Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.
Teleqraf.com xəbər verir ki, bu gün başa çatacaq səfər Çin liderinin son 29 ildə BƏƏ-yə ilk səfəridir. Ümumilikdə isə bu, Si Cinpinin ÇXR sədri seçilməsindən sonrakı ilk xarici səfəridir.
BƏƏ-dən sonra Çin lideri Seneqalı, Ruandanı və Cənubi Afrika Respublikasını ziyarət edəcək. O, iyulun 25-27-də İohannesburqda BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) liderlərinin 10-cu yubiley sammitində iştirak edəcək. Ölkəsinə dönərkən isə Çin lideri yolüstü Mavrikidə dayanacaq.