PKK terror təşkilatı İraq ordusunun İŞİD terror təşkilatını çıxardığı Mosul bölgəsinə girməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Mosuldakı ərəb birliklərinin sözçüsü Məzahim Əhməd əl-Hüveyt məlumat yayıb.
O, İraq ordusunun sərhəd xəttindən geri çəkilməsindən sonra PKK və ona bağlı qruplaşmaların Sincara üz tutmağa başladıqlarını bildirib.
Əl-Hüveyt PKK-nın artıq Sincarda 3 sığınacaq qurduğunu da diqqətə çatdırıb:
“Mosul sakinləri gərginlik içindədirlər. PKK-nın gələckdə xərac alacağından narahatdırlar. Hesab edirik ki, İraqın mərkəzi hökuməti və “Həşdi Şabi”nin icazəsi olmadan PKK nə Sincara, nə də Mosula ayaq basa bilər”.