21 İyul 2018 15:05
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın qərbində yerləşən Kürdüstan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-a yaraqlıların hücumu nəticəsində ən azı 10 hərbçi həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasında deyilir.

Bildirilir ki, hücum bu gecə SEPAH-ın Merivan şəhəri yaxınlığındakı quru qoşunlarının qarovul postuna edilib.

Qeyd olunur ki, SEPAH hücumçuların bir neçəsini zərərsizləşdirməyə nail olub.

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


Müəllif: Səxavət