Bir neçə gün əvvəl həbs edilmiş din alimi Adnan Oktar və qruplaşmasının telefon danışıqlarında istifadə etdiyi şifrələr açılıb. Qrup üzvləri telefon danışıqlarında onlar üçün nəzərdə tutulmuş xüsusi sözlərdən istifadə ediblər.
Teleqraf.com xəbər verir ki, hüquq- mühafizə orqanları Adnan Oktar qrupunun şifrələrini deşifrə etmək üçün qrup üzvlərinin telefon zənglərini 8 ay dinləyib.
Adnan Oktarın cinayət təşkilatının üzvləri əsasən? bu kəlimələrdən istifadə ediblər:
Ailəm çağırır – Adnan Oktar çağırır
Xalam çağırır – Adnan Oktar təcili şəkildə çağırır
Arxasınca qeybət etdik – Qurbanla cinsi əlaqədə olmaq
Yemək mədəsini qıcqırtdı – Qurban cinsi əlaqədə olmaq istəmədi
Telefonla danışdınız? – Qurban cinsi əlaqədə olarkən görüntüsünü çəkdiniz?
10 kiloqram ət gəldi – 10 min lirə pul göndərilib
100 kiloqram torpaq göndərilib – 100 min lirəlik çek göndərilib
Əgər vaxtı varsa, əmimin əlini öpməyə gələcəyik – Müdir yeni tapdığı qızla gəlir, yəni, Adnan Oktar (Hoca) üçün qız gətiririk
Draqosda görüşək – Adnan Oktarın evində görüşək