21 İyul 2018 20:59
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatının Hyuston şəhərində ölkənin sabiq prezidenti ata Corc Buşun kardioloqu naməlum şəxs tərəfindən güllələnib.

Teleqraf.com xəbər verir ki, insident Texas Tibb Mərkəzinin yaxınlığında baş verib. Qurban və qatil velosipedlə qarşı-qarşıya hərəkət edirmiş. Onlar yaxınlaşanda qatil kardioloqa iki güllə sıxıb. Doktor Mark Xausnext aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qatil barədə axtarış elan olunub. Onun 30 yaşı olduğu bildirilir.

Keçmiş prezident ata C.Buş kardioloqun ailəsinə, dostlarına və həmkarlarına başsağlığı verib. C.Buş mərhumu fantastik kardioloq adlandırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər