"Avropa Gürcüstanı" müxalifət partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, "Avropa Gürcüstanı" partiyasını eks-prezident Mixali Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasından gedən siyasətçilər yaradıb.
David Bakradze Saakaşvilinin hakimiyyəti dövründə parlamentin spikeri olub. O, parlament və prezident seçkilərində iştirak edib.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu ilin payızında keçiriləcək.