Hindistanda hinduların müqəddəs qəbul etdikləri inək üzündən bir müsəlmanı linc olunub.
Teleqraf.com xəbər verir ki, hadisə Racastan vilayətinin Alvar əyalətində baş verib.
Polis rəsmisi Mohan Sinq bildirib ki, Alvar bölgəsində inəklər hərəkət etdikləri iki müsəlman gənc hücuma məruz qalıb. Onlardan biri döyülərək öldürülüb.
Hücuma məruz qalan gənclərin inəkləri oğurladığı iddia edilsə də, polis bu iddianın ciddi olmadığını açıqlayıb.
Qeyd edək ki, son dövrlər heyvanların qəssabxanaya aparıldığı və inək əti yedikləri iddiası ilə Hindistanda müsəlmanlara qarşı hücumları həyata keçirilir.