Pakistanda seçki kampaniyası aparan iki deputatlığa namizədə silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl bomba hücumuna məruz qalan İslam Üləmalar Birliyi Partiyasının üzvü Əkrəm Xan Durrani bu dəfə silahlı hücuma məruz qalıb.
Polis bildirib ki, Bannu kəndində mitinqə gələn Durraninin avtomobilinə şəxsiyyəti bilinməyən şəxslər atəş açıb. Sürətlə hadisə yerindən çıxarılan Durrani ölüm təhlükəsini adlayıb. Durrani iyulun 14-də bomba hücumu zamanı da yara almayıb.
Digər bir hücum isə Hayber Pahtunha əyalətinin Dera İsmayıl Xan bölgəsində qeydə alınıb.
Pakistan Ədalət Hərəkatının məclisinin üzvü, əyalətin sabiq kənd təsərrüfatı naziri İkramullah Qandapur avtomobilinə quraşdırılan bombanın partlaması nəticəsində yaralanıb. Partlayış zamanı avtomobilin sürücüsü həlak olub. Qandapur və digər 6 şəxs isə yaralanıb.