22 İyul 2018 15:19
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında 700-dən çox fanatik yəhudi Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın edib.

Teleqraf.com xəbər verir ki, faktı Qüds İslam Dərnəkləri Birliyi təsdiq edib.

Dərnəklər Birliyindən verilən yazılı açıqlamada qeyd edilib ki, 720 fanatik yəhudi qrup halında və polisin qoruması altında Mərakeş qapısından Əl-Əqsa məscidinin həyətinə otağına daxil olublar. Aralarında deputat Yehuda Glickinin də olduğu yəhudilər bir müddət məscidin həyətində gəziblər.

Şahidlər qeyd ediblər ki, bu anda İsrail polisi məscidin bütün qapılarını tutub, fələstinliləri yalnız pasport nəzarəti tətbiq etdikdən sonra içəri buraxıb.

Xatırladaq ki, yəhudilərin Süleyman məbədinin yıxılmasının ildönümü olaraq qəbul etdikləri və “Tişa Beav” adını verdikləri matəm günü səbəbindən Əl-Əqsa məscidinə gün ərzində belə basqınlar olması gözlənilir.


Müəllif: Cavad

Oxşar xəbərlər