22 İyul 2018 15:55
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aslanın quyruğu ilə oynama, peşman olarsan.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampa unvanlayıb.

İran diplomatları qarşısında çıxış edən Ruhani deyib ki, ABŞ-a qalib gələcəklər: “ABŞ-la müzakirə masasına əyləşmək təslim olmaq deməkdir. Hörmətli Tramp, biz tarix boyu bölgədəki su yollarının təhlükəsizliyinin təminatçısı olmuşuq. Aslanın quyruğu ilə oynama, peşman olarsan. İki yolumuz var: ya dirəniş göstərəcəyik, ya da təslim olacağıq. ABŞ-la müzakirə masasına əyləşmək təslim olmaq deməkdir”.

Donald Trampın qarşıdurmaya meylli hərəkətlərinin təkcə İran deyil, dünya üçün təhdid olduğunu bildirən Ruhani qeyd edib ki, İranla savaşanlar İranın savaşların anası, İranla barışanlar isə sülhün anası olacağını gözəl bilməlidir:

“ABŞ-a mütləq qalib gələcəyik. Ödəyəcəyimiz bədəllər olacaq, ancaq əldə edəcəyimiz nəticələr də çox olacaq. Təhdidlər bizi daha da yaxınlaşdırır. "İran neft satmasa, kimsə neft sata bilməz" dedikdə onlar Hörmüz Boğazını bağlayacağımızı düşünürlər. Halbuki bizim müxtəlif variantlarımız var. Hörmüz boğazını bağlamaq bunların ən sadəsidir. Nəzarət etdiyimiz müxtəlif boğazlar var”.

ABŞ-ın son sanksiyalarında məqsədin İran xalqını hakimiyyətlə üz-üzə qoymaq olduğunu xatırladan Prezident Ruhani deyib ki, bu yolla İran xalqını əsla bezdirə bilməyəcəklər:

“İran xalqı kiminsə uşağı olmayacaq”.

Diplomatik əlaqələr qurmaq istədiklərini bildirən prezident deyib ki, yeni şərtlərdə Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri qaydaya salmaqda maraqlıdırlar.


Müəllif: Cavad

Oxşar xəbərlər