22 İyul 2018 21:13
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer ABŞ və Avropa arasında faktiki olaraq ticarət müharibəsinin başlandığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat yayıb.

"İyirmilər" qrupunda olan hər bir ölkə ticarət müharibəsinin reallıq olduğunu başa düşür. Dünyanın inkişafına təhlükə var. Mən ABŞ-dan sağlam düşüncəyə qayıtmağı, həm beynəlxalq qanunlara, həm də tərəfdaşlarına hörmət etməyi xahiş edirəm", - nazir deyib.


Müəllif: Ruslan