27 İyul 2018 18:55
1 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Prokurorluğu Anıtkabirdə çəkdirdiyi təxribat xarakterli görüntüləri sosial mediyada paylaşan Safiyə İnci haqqında "Atatürkün xatirəsinə həqarət" maddəsi üzrə 1,6 ildən 4,6 ilə qədər həbs cəzası tələbilə məhkəməyə müraciət edib.

Məhkəmə Safiyə İncinin barəsindəki həbs qətimkan tədbirini saxlamaqla istintaqın davam etdirilməsinə dair qərar qəbul edib.

Qeyd edək ki, Safiya İnci Anıtkabırda Mustafa Kamalın ünvanına nalayiq ifadələr işlədərək görüntüləri sosial şəbəkədə paylaşmışdı. İnsanların sərt təpkilərindən sonra qadın üzrxahlıq etsə də, prokurorluq ictimai etirazı nəzərə alaraq fakt üzrə cinayət işi açıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər