ABŞ HHQ İraq Kürdüstanının paytaxtı Ərbil yaxınlığında İŞİD yaraqlılarının mövqelərinə 9 aviazərbə endirib.
Havadan hücum zamanı 4 ədəd zirehli piyada daşıyıcısı, 7 silahlı nəqliyyat vasitəsi və 2 “Hammer” avtomobili məhv edilib.
Avqustun 8-i ABŞ prezidenti Barak Obama İraq yaraqlılarına “lazım olarsa” məhdud aviazərbələrin endirilməsinə razılıq verdiyini bildirib. Onun sözlərinə görə, aviazərbələr “İslam dövləti” hərəkatının yaraqlılarına istiqamətlənəcək və məqsədi orada olan dini azlıqları və Amerika personalını qorumaqdır.
Qeyd edək ki, bundan öncə İraq rəsmiləri ABŞ-dan aviazərbələri artırmağı xahiş etmişdi.
publika.az