22 İyul 2018 19:44
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabilin hava limanında törədilən partlayış zamanı 10 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, hadisə ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostumun Ankaradan Kabilə geri döndüyü zaman baş verib.

Partlayış barədə açıqlama verən Dostum qeyd edib ki, hadisə Həmid Kərzayi adına hava limanında, yerli vaxtla saat 17:00-da törədilib.

Telekanalı məlumatlandıran mənbənin sözlərinə görə, partlayıcı qurğunu terrorçu kamikadze işə salıb. Dostumin müşayiət edən şəxslərdən heç biri hadisə zamanı xəsarət almayıb.


Müəllif: Ruslan