İtaliyanın Palermo məhkəməsi mafiya tərəfindən 90-cı illərdə qaçırılan və öldürülən 12 yaşlı Cüzeppe Di Matteonun ailəsinə 2,2 milyon avro təzminat ödənilməsinə qərar verib.
Teleqraf.com xəbər verir ki, Cüzeppe 1993-cü ildə qaçırılıb. Bu yolla onun əvvəllər mafiya üzvü olmuş və sonradan istintaqla əməkdaşlıq etməyə razılaşmış atasını qorxutmaq istəyiblər. Cüzeppenin anası hadisədən yalnız 20 gün keçdikdən sonra polisə müraciət edib. 779 gündən sonra Cüzeppe öldürülüb və onun cəsədi turşuda (“kislota”) əridilib.
Təzminat hazırda həbsxanada olan bir neçə mafiya üzvündən alınmalı idi. Ancaq onların mülkiyyəti dövlət tərəfindən daha əvvəl müsadirə edildiyi üçün təzminatı hökumət mafiya qurbanları üçün nəzərdə tutulmuş fonddan veriləcək.