İran hakimiyyətinin aqressiv davranışlarına qarşı ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeonu sərgilədikləri sərt mövqedən dolayı təqdir edirəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
“İran hakimiyyətinin beynəlxalq güclər tərəfindən ərköyünləşdirməsindən sonra ABŞ prezidenti və dövlət katibi buna qarşı qəti şəkildə öz kəskin mövqelərini nümayiş etdirdi. Buna görə, Pompeo və Trampı tərifləmək olar”, - deyə İsrailin baş naziri bildirib.
Qeyd edək ki, Donald Tramp iranlı həmkarı Həsən Ruhaninin ABŞ-a qarşı sərt bəyanatına cavab olaraq, İranı müharibə ilə hədələyib.