Türkiyəli müğənni Demet Akalı ötən gün Ankarada alış-veriş mərkəzində konsert verib.
Teleqraf.com xəbər verir ki, ifaçı konsertdən sonra jurnalistlərlə görüşüb.
O, müxbirlərin həyat yoldaşı Okan Kurtun iş yerinə əmlak müfəttişi gəlməsi ilə bağlı sualını da cavablandırıb.
"Mənim həyat yoldaşımla mülküm ayrıdır. Birlikdə çətin günlər keçirdik. Adam oğru deyil, sadəcə borcu var. Borcu da kifayət qədər çoxdur. Ödəyirlər, Allah köməkləri olsun. Hamımıza psixiloji olaraq təsir etdi. Amma indi yaxşıyam, yaxşıyıq".