24 İyul 2018 00:28
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ilk dəfə ABŞ-la birgə istehsal etdiyi “Davud sapandı” ortamənzilli raket sistemlərindən istifadə edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Suriyada Bəşər Əsəd ordusu və silahlı müxaliflər arasında baş verən döyüşlərdə “həyəcan siqanalı” verilməsinə cavab olaraq, İsrail Suriya ərazilərinə 2 raket zərbəsi endirib.

İsrail yeni sistemlərini Qolan Təpələri və Cəlilə bölgələrində sınaqdan keçirib. Atılmış raketlər Suriyanın mərkəzi nöqtələrinə düşüb.

İsrail KİV “Davud sapandı”-dan “Patriot” tipli raket başlıqlarının atıldığını bildirib. Lakin sistemlərin hansı hədəfləri nişan aldığı barədə məlumat verilmir.

Qeyd edək ki, “Davut sapandı” uzaqmənzilli “Arrow” və qısamənzilli raketlərə qarşı hazırlanmış “Dəmir Künbəz”dən sonra İsrail ordusunun ən güclü müdafiə komplekslərindən biridir.

Sistemlər aprel ayından ordusunun arsenalına daxil edilib.

Əlavə edək ki, İsrail bu silsilədən olan sistemləri (“Dəmir Künbəz”) satdığı yeganə ölkə Azərbaycandlır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər