24 İyul 2018 07:02
2 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Daxili İşlər Nazirliyi PKK-nın İran qanadı olan PEJAK-ın təşkil etdiyi hücum nəticəsində 11 hərbçinin ölümü ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, DİN daha öncə PKK-nın yerləşdiyi ölkələri xəbərdar etdiklərini bəyan edərək "əgər lazımi tədbirlər görülməsə, İran terrorçuların qonşu ölkələrdəki mövqelərinə zərbələr endirəcək", deyə qeyd edib.

İran İqilab Keşikçiləri Korpusu 11 hərbçinin ölümünün qisasını alacaqlarını bildirib.

Qeyd edək ki, İranın İraqla sərhəd Sənəndac vilayətində ordu ilə bölgədəki PKK terrorçuları arasında qarşıdurma zamanı 11 hərbçi həlak olub, 8 mülki vətəndaş yaralanıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər