Dünyada ən çox sui-qəsd və hücumlara məruz qalan siyasətçilərdən biri Türkiyənin sabiq baş naziri, mərhum Bülənd Ecevit olub.
Teleqraf.com mərhum baş nazirin vaxtilə məruz qaldığı sui-qəsd və hücumların bir neçəsinin tarixçəsini təqdim edir.
Bülənd Ecevit 1970-ci illərdə Millətçi Cəbhə hökumətinin qurulmasından sonra bir sıra hücumlarla məruz qalıb. Bunlardan ən əhəmiyyətlisi 23 iyul 1976-cı ildə Nyu Yorkda və 1977-ci ilin 29 mayında Çiğli hava limanında baş verən sui-qəsd hadisələridir.
1976-cı ildə Kipr Barış Hərəkatından sonra ABŞ-a səfəri zamanı Ecevitə sui-qəsd cəhdinin qarşısını Federal Təhqiqat Bürosunun (FTB) agenti alıb. Otelin dəhlizinə qədər hərəkət edən cani son anda silahını çıxararaq Eceviti öldürmək istəyib. FTB-dən Ecevitin təhlükəsizliyi üçün ayrılan agent bu zaman cinayətkarın üzərinə atılıb. Ecevitin şəxsi mühafizəçiləri isə silahlını dərhal hadisə yerindən çıxarıb.
2002-ci ildə Ecevit onu xilas edən FTB əməkdaşını Ankaraya dəvət edib.
1977-ci ilin 29 mayında Çiğli hava limanına daxil olarkən Ecevitə qarşı sui-qəsd olub. Hadisə zamanı İstanbulun Bələdiyyə sədri Əhməd İhvanın qardaşı Məhəmməd İhvan yaralanıb. Sui-qəsddə istifadə edilən silahın Özəl Hərb Məktəbinə aid olduğu haqda iddialar səsləndirilib.
Qəribədir ki, seçkilər zamanı bir sıra şəhərlərdə Ecevitə qarşı təşkil edilən hücumlar amansızlığı ilə seçilib. Lakin Ecevit heç vaxt proqramını təxirə salmayıb, belə hadisələr zamanı qorxduğunu büruzə verməyib.
1973-cü ilin 27 sentyabrında Ecevit siyasi rəqibi Süleyman Dəmirəlin məmləkəti olan İspartaya seçiki kampaniyasına gedib. İspartada Eceviti 150-200 nəfərlik bir qrup qarşılayaraq ona hücum edib. Hadisəyə polis qarışıb. Ara məhəllələrə dağlısan qrup üzvləri mitinqdə iştirak edənlərə daş və dəmirlər atıb. Cümhuriyyət Xalq Partiyasının bayrağını daşıyan avtomobillər yararsız hala salınıb, 20 nəfər yaralanıb. CHP-lilər yaralanan bir gənci kürsüdəki Ecevitin yanına çıxarıb. Ecevit isə: “Dostlar, bu gənc dostumuzun qanı Süleyman Dəmrəlin də yaşatmaq üçün çalışdığı demokratiya üçün tökülüb. Mən özümə atılan daşları Dəmrələ hədiyyə edəcəyəm” deyərək belə hücumlardan qorxmadığını ifadə edib.
1975-ci ildə Ecevitin konvoyu Gerdədə daşla silahlanan qrupun hücum hədəfi olub. Ecevit mitinq meydanına daxil olaraq çıxış edib. Ancaq daşlı və dəyənəkli hücumun arası kəsilməyib. Hətta atəş də açılıb. Son anda tərəfdarları Eceviti mitinq meydanından uzaqlaşdırıb.
Hadisədə 2 nəfər güllə yarası alıb, 40 nəfər bıçaq, daş və dəyənək səbəbindən yaralanıb.
1975-ci ilin sentyabrında Ecevit Elzağıda mitinqə gedib. Burada da onu hücumla qarşılayıblar. Hər kəs hücumdan özünü müdafiə etməyə çalışarkən Ecevit nitqini davam etdirib. Hadisə zamanı 50 nəfər yaralanıb, 57 nəfər isə həbs edilib. CHP-nin Elaziğ qərargahı darmadağın olunub.
1977-ci ildə parlament seçkiləri ərəfəsində müxtəlif hadisələr səbəbindən 133 nəfər öldürülüb, CHP və Ecevitə qarşı hücumlar da artıb. Niksara seçki təbliğatına gedən Ecevitlərin olduğu avtobus silahlı hücuma məruz qalıb. Nəticədə 10 nəfər yaralanıb. Polis hadisəyə müdaxilə etməyib. Sonradan buna görə 30 nəfər həbs edilib. Ecevit bu haqda danışarkən: “Bu, Ədalət Partiyası və MHP-nin birlikdə hazırladığı oyundur. Niksarda məni, sizi güllələyənlər, daşlayanlar iqtidardakıların uşaqlarıdır” ifadəsini işlədib və seçki təbliğatını pəncərələri qırıq avtobusla davam etdirib.
1977-ci ilin 27 aprelində Ecevitə Gümüşhanədə hücum olub. Şəhərə daxil olan Ecevitin konvoyunun qarşısını kəsərək “Millətçi Türkiyə”, “Başbuğ Türkeş” şüarları səsləndirilib. Daha sonra 300 nəfərlik qrup Ecevitin konvoyuna silah, daş və zopalarla hücum edib. Səkkiz nəfər ağır yaralanıb.
Ecevit bu ərəfədə hüquq mühafizə orqanlarına səslənib: “Bir ovuc cinayətkarın güllə atmasının qarşısını ala bilmirsinizsə, cəzanızı çəkəcəksiniz. Mən buradayam. Öldürə bilirlərsə məni öldürsünlər.