Ermənistanda yaşayan insanlar hakimiyyətə qarşı mübarizədə ixtisaslaşıblar. İndi cəmiyyət istənilən hakimiyyəti devirmək gücündədir və bu, Baş nazir Nikol Paşinyanın qiyamçı komandası üçün təhlükəlidir. Baş qaldıran etirazlar fonunda belə təəssürat yaranıb ki, yeni hakimiyyət piramidası da artıq çökməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti yazır.
Qəzet qeyd edir ki, çatlar Paşinyanın komandasının həm daxili, həm də xarici siyasətində nəzərə çarpır:
“Bu, çat ilk növbədə xarici siyasətdə daha güclüdür. Məsələn, Moskva və İrəvan arasında gedən hibrid müharibə yaxın gələckdə Ermənistan və Rusiyanı üz-üzə qoya bilər.
ABŞ, yaxud Qərb istiqamətində də vəziyyət ürəkaçan deyil. Hakimiyyət səviyyəsində ABŞ və Kanadaya edilən turlar nəticə vermədi. Düzdür, Qərb Paşinyana dəstəyini ifadə edir. Lakin bu, Ermənistana investisiya qazandırmır. Üstəgəl, Avropa İttifaqı Ermənistan üçün ayırdığı maliyyə yardımını (“Svitalski paketi”) geri çəkmək istəyir. Ermənistan beynəlxalq güclərin maraq mərkəzindədir. Bəs Ermənistan yeni və daha maraqlı ssenarilərə hazırdırmı?”.
“İrates” iddia edir ki, Paşinyanın şübhəli ritorikası onun özünü dolaşıq vəziyyətə salıb və o, təkbaşına oynamaq qərarına gəlib: “Digər tərəfdən, Paşinyanın daxili siyasi qüvvələrlər və media ilə də problemləri var. Paşinyana qarşı böyük mübarizə artıq başlayıb. Bu mübarizənin mərkəzində dayananlardan biri Daniyel İonnasiyandır, qalanları da xalça altındadır. Hər halda baş verənlər Paşinyan üçün xoşagələn deyil”.