17 Avqust 2014 20:31
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda dəhşətli yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, sərnişin avtobusu yoldan çıxması nəticəsində vaş verən yol qəzasında 34 nəfər dünyasını dəyişib.

Abkemeri rayonundan Badqisə gedən sərnişin avtobusu Meşvani bölgəsində qəzaya düşüb. Qəza nəticəsində 20 nəfər yaralanıb.


Qəza, yerli saatla 16:00 -da baş verib. Avtobus 1800 kilo fıstıq və 54 sərnişin ilə şəhər mərkəzinə irəliləyərkən sürücü idarəetməni itirib. Yaralı sərnişinlər qəzanın yolların yağış suları nəticəsində yararsız hala düşməsindən baş verdiyini bildiriblər.

Ətrafdakı insanlar tərəfindən çıxardılan cəsədlər təcili tibbi yardımlarla dövlət xəstəxanasına aparılıb.


Müəllif: