ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Ukrayna, Litva, Estoniya Türkiyə, Avstraliya və Tayvan üçün “Javelin” daşınabilən tank əlehinə raket komplekslərinin istehsalına 307,5 milyon dollar ayırıb.
Bu haqda Pentaqonun saytında bildirilir.
Vəsait “Raytheon” və “Lockheed Martin” şirkətlərinin konsorsiumuna ayrılıb. Qeyd edilir ki, komplekslərin istehsalı üzrə işlər Arizona ştatında aparılacaq. İstehsalın 31 avqust 2021-ci il tarixində başa çatdırılacağı proqnozlaşdırılır