Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş dövlət başçısı Serj Sərkisyandan razı deyildi.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Karina Gevorqyan deyib.
O, son döməmlərində Sərkisyan və Putin arasında yaranmış narazılığa da diqqət çəkib:
“Putin Serj Sərkisyanın yürütdüyü siyasətdən məmnun deyildi. İki lider biri-birini sevmirdi. Çünki çoxlarının zənn etdiyi kimi Serj Sərkisyan Rusiyayönümlü siyasətçi sayılmırdı və Kremlin maraqlarını əks etdirən addımlar atmırdı.
Buna görə də, Serj Sərkisyanın hakimiyyətdən getdiyi vaxt Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova “Ermənistan xalqının seçiminə hörmət edir və dəstək veririk”, açıqlamasında səmimi idi”.