Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampın İrana yönəlik atdığı bütün addımları dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Xalid bin Salman “Arapnews” saytında dərc edilmiş analitik məqaləsində bildirib.
“Prezident Trampdan “Bizim İrana qarşı münasibətimiz Nasist Almaniyasına qarşı aparılan mübarizə kimi ağır müharibəyə çevrilməyəcək” sözlərini eşitmək ümidvericidir. İndi də İranı neytrallaşdırmaq üçün geniş strategiya üzərində birləşmək lazımdır.
İranın genişlənən iştahı dünya üçün təhlükədir. Çünki bu dövlət bu iştahına görə terror təşkilatlarını dəstəkləyir. Buna görə də, dünya dövlətlərinin bir tərəfdən Suriyada Bəşər Əsəd rejiminə dəstək verən İrana qarşı birləşməsi vacibdir”, - deyə ərəb diplomat məqaləsində qeyd edir.