Pakistanda dünən keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, 106 milyon seçicisi olan dost ölkədə İmran Xanın lideri olduğu Pakistan Ədalət Hərəkatı Partiyası qalib gəlib.
Mərkəzi Seçki Komissiyası bəzi texniki səbəblərdən nəticələrin elan olunmasının gecikdiyini bildirib.
Səslərin 42 faizi sayılıb. İlkin nəticələrə görə, Ədalət Partiyası 272 seçki dairəsinin 113-də qələbə qazanıb.
Sabiq baş nazir Nəvaz Şərifin lideri olduğu Pakistan Müsəlman Liqası 66 seçki dairəsində qələbə əldə edib. Mərhum baş nazir Binəzir Buhuttonun oğlunun Pakistan Xalq Partiyası isə seçkilərdə üçüncü sıradadır.
Ədalət Partiyası Pakistan parlamentində 137 mandat qazana biləcəyi təqdirdə ölkəni təkbaşına idarə etmək hüququ qazanacaq. Əks halda partiya özünə koalisiya ortağı tapmalıdır.
Son xəbərlərə görə, İmran Xanın tərəfdarları iri şəhərlərdə meydana axışaraq qələbələrini qeyd etməyə başlayıb.
Bundan əvvəlki seçkilərdə qalib gələn Nəvaz Şərifin adı sonradan “Panama sənədləri”ndə ortaya çıxmış və bu ölkədə ciddi şok yaratmışdı. Bundan sonra Şərifə cinayət işi açıldı və korrupsiya ittihamı ilə 10 il cəza verildi.
Xatırladaq ki, 200 milyonluq Pakistan nüvə dövlətidir. Son 71 illik tarixində isə ikinci dəfədir ki, mülkü hökumət səlahiyyət müddətini tam başa vuraraq yerini başqa bir hökumətə ötürür.