Mənim həyat yoldaşımın verdiyi siyasi qərarlara təsirim yoxdur. O, siyasi məsələləri mənimlə müzakirə etmir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan “EG.RU” qəzetinə müsahibəsində deyib.
Ermənistanın birinci xanımı hazırda “Haykakan Jamanak” qəzetində işlərini davam etdirdiyini bildirib: “Buna görə də, həyat yoldaşımın və hökumətin qəbul etdiyi qərarları ən son eşidən mən oluram”.
Ermənistan KİV isə Nikol Paşinyanın yerinə siyasi qərarları Anna Hakobyanın verdiyini iddia edir:
“4 uşaq anası və “Haykakan Jamanak” qəzetinin yayım işləri müdiri olan Anna Hakobyanın gizli vəzifəsi də üzə çıxıb. O, həyat yoldaşı Nikol Paşinyanın başçılıq etdiyi hökumətin gizli “boz kardinalı”, yaxud hökumət adından verilən siyasi qərarların əsas müəllifi imiş”.
Erməni mənbələr qeyd edirlər ki, Qərbin siyasi institutlarında böyük nüfuz sahibi olan Anna Hakobyan Paşinyanın hakimiyyətə gəlməsində də böyük rola sahib olub.