18 Avqust 2014 09:35
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya hökuməti ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini nüvə müharibəsinə hazırlıq kimi qiymətləndirib. Pxenyan buna amansız zərbə ilə cavab verə biləcəyini deyib.

Bunu Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi Koreya Xalq Ordusun Baş Qərargahının rəsmi nümayəndəsinin yaydığı sənədə istinadən xəbər verib.

Sənəddə qeyd olunur ki, Şimali Koreya hərbçiləri bütün təcavüzlərə qarşı alov dənizi və küllə cavab verməyə hazırdırlar./axar/


Müəllif:

Oxşar xəbərlər