26 İyul 2018 15:25
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Şimali Suriya Müdafiə Qüvvələrinə hərbi təlimlər keçirik.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ liderliyində qurulan anti-İŞİD koalisiyasının mülki-hərbi məsələlər üzrə təmsilçisi, fransız general Fredirik Parisot deyib.

General ABŞ Müdafiə Nazirliyinə video-görüntü ilə bağlanaraq Suriya və İraqda İŞİD-ə qarşı həyata keçirilən əməliyyatları qiymətləndirib.

Suriyada İŞİD-in əlində cəmi 30 kilometrlik bir ərazinin qaldığını bildirən general Parisot əlavə edib ki, qısa müddətə bu əraziyə nəzarət bərpa ediləcək.

General həmçinin qeyd edib ki, Suriyada olan və İŞİD üzvü kimi həbs edilən fransız vətəndaşlarını onun ölkəsi geri istəmir: “Fransa siyasətin gərəyi olaraq onları geri istəmir”.

Xatırladaq ki, fransız general “Şimali Suriya Müdafiə Qüvvələri” dedikdə əsasən Suriya Demokratik Gücləri adından istifadə edən YPG/PYD qüvvələrini nəzərdə tutur.


Müəllif: Cavad

Oxşar xəbərlər