Meksikanın Baş prokuroru bu ölkədəki Türkiyə səfiri katibinin yoxa çıxması ilə bağlı araşdırma aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Prokurorluğun məlumatına əsasən, türk əsilli, 29 yaşlı qadın iyulun 2-dən itkin düşüb. Səfirlik bu barədə iyulun 25-də prokurorluğa müraciət edib.
Həmin qadın səfirlikdə 2-ci katıb vəzifəsində çalışıb.
Səfirlik əməkdaşlarının sözlərinə əsasən, itkin düşən katib iyulun 2-dən 16-na kimi səfirliklə elektron məktub vasitəsi ilə əlaqədə olub. O, xəstə olduğunu və müayinə üçün xəstəxanaya getdiyini qeyd edib.
Narahat olan səfirlik əməkdaşları iyulun 17-də onun evinə gələrək ismarıç qoyublar. İyulun 23-də xanım katibin elektron ünvanından boş məktub gəlib, bundan sonra səfirlik polisə müraciət edib.