Türkiyənin İstanbul şəhərində vətəndaşlar uşaq oğrusunu linç ediblər.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Malıtəpədə qeydə alınıb.
İddiaya əsasən, 38 yaşlı kişi yolda gedən balaca uşağı qaçırmaq istəyib. Bunu görən ətrafdakı insanlar kişini döyməyə başlayıblar. Polis güclə uşaq oğrusunu insanların əlindən ala bilib.
Xəstəxanaya aparılan şübhəli müalicə almaq istəmədiyi üçün bölməyə gətirilib.
Polis bölməsində ifadə verən zaman halı pisləşən kişini təcili yardımla xəstəxanaya aparıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis uşaq qaçırmaqda günahkar bilinən şəxsin daha əvvəl qəsbkarlıq və maşın oğurluğu cinayətlərinə görə məhkumluq həyatı yaşadığı açıqlayıb.