27 İyul 2018 14:10
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp prezident seçkiləri kampaniyası zamanı rus vəkil Nataliya Veselnitskaya ilə gizli görüşə razılıq verdi. Bununla bağlı mən “Rusiya işi”ni araşdıran xüsusi prokuror Robert Müllerə ifadə verməyə hazıram.

Teleqraf.com-un məlumatına görə, bu qalmaqallı açıqlamanı ABŞ Prezidenti Donald Trampın sabiq vəkili Mixail Kohen verib.

Mixail Kohen bildirib ki, 2016-cı ildə prezident seçkiləri zamanı prezidentliyə namizəd Hillari Klinton haqqında rusiyalı vəkildən məlumat almaq niyyəti olub.

Qeyd edək ki, 2016-cı ilin aprel ayında Donald Trampın böyük oğlu, eləcə də kürəkəni Kuşner və seçki kampaniyasının rəhbəri Manfod rəqib namizəd Hillari Klintonla bağlı şok informasiyalara sahib olduğunu iddia edən Nataliya Veselnitskaya ilə Nyu Yorkda görüşüb.

Donald Tramp isə bildirib ki, oğlunun rus vəkillə görüşündən məlumatı olmayıb.

Kohen iddia edir ki, Donald Trampın rus vəkillə görüşdən əvvəlcədən məlumatı olub və görüşə özü razılıq verib.


Müəllif: Cavad

Oxşar xəbərlər