27 İyul 2018 17:01
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan və Baş nazir Nikol Paşinyan arasında keçirilmiş görüşün bəzi detalları məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti məlumat yayıb.

Qəzet Petrosyanın qarşıdan gələn parlament seçkilərində Paşinyandan Erməni Milli Konqresini dəstəkləməsini istəyib:

“Petrosyan isə bunun yerinə ona Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin normallaşmasına kömək xahiş edib. Paşinyan keçmiş prezidentin istəklərini qəbul edib”.

Qəzet Paşinyanı Ermənistanda Serj Sərkisyan hakimiyyətinin devrilməsi ilə yadda qalan etiraz aksiyalarından əvvəl Putinlə Levon Ter-Petrosyanın tanış etdiyini də iddia edib.

Mənbə dolayı yolla hazırkı baş nazirin Kreml başçısının kadrı olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər