27 İyul 2018 23:43
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya XİN ABŞ-ı ballistik raketlərin zərərsizləşdirilməsi məqsədi ilə kosmik vasitələr eşelonu yaratmaqdan çəkinməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, məlumat qurumun saytında yerləşdirilib.

XİN xəbərdarlıq edib ki, kosmosda aparılan silahlı qarşıdurma heç də nüvə silahlarının törətdiyindən az təhlükə kəsb etmir.

Bildirilib ki, bu kimi addımlar Rusiya ilə ABŞ arasında strateji sabitliyin yaranmasına xidmət göstərməyəcək.

Daha öncə ABŞ prezidenti Donald Trampbəyan edib ki, Pentaqona təşkil edilməsini tapşırdığı hərbi-kosmik qüvvələr “hərbi zərurətdir”.


Müəllif: Teleqraf.com