Amerikalılar türklərlə əlaqələri düzəltmək üçün sadəcə Afrin və Menbiçi deyil, başqa şəhərləri də boşaltmaları üçün kürdlərə təzyiq göstərir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Vladimir Fitin deyib.
Ekspert bildirib ki, amerikalıların bu addımı kürdlərin mənafeyinə ciddi zərbədir:
“Bu səbəbdən kürdlər Vaşinqtonla aralarında yaşanan anlaşılmazlıqlardan dolayı Dəməşqlə danışıqlara başlayıblar. Budan əlavə, kürdlər nəzarətdə olan nefti satmaq məsələsində də çətinliklərlə qarşılaşırlar. Onlar ancaq Suriya hökumətinin nəzarətində olan bölgələrdən istifadə edərək nefti satırlar”.
Fitin sonda kürdlərin müstəqil olmadığını, hər şeyin amerikalıların atacağı addımdan asılı olduğunu bildirib.